Şriftin ölçüsü :

Saytın rəngi :

Pirşağı qəsəbəsində “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında sahilyanı təmizlik kampaniyası keçirildi

30 aprel 2022 | 10:20

30.04.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və “Azərbaycan Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində yerləşən çimərlikdə “Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” layihəsi çərçivəsində “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında sahilyanı təmizlik aksiyası keçirildi.
   Aksiyada Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Abbasov, “Azərbaycan Könüllülər” İctimai Birliyinin sədri İmaməddin Quliyev və müxtəlif təşkilatların könüllüləri iştirak edirdilər.
   Qeyd edək ki, aksiyanın məqsədi ekoloji problemlərin həlli və əhalinin bu istiqamətdə maariflənməsinə ictimai dəstək verməkdir.

Keçidlər