Şriftin ölçüsü :

Saytın rəngi :

Pirşağı qəsəbəsində “Susma, səsini eşitdir!” layihəsi çərçivəsində tədbir keçirildi

16 mart 2023 | 15:13
   16.03.2023-cü il tarixdə Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən X.Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində Kürdəxanı qəsəbəsində yerləşən 113 nömrəli, Pirşağı qəsəbəsində yerləşən 112, 188 və 305 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə tədbir keçirildi.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Aparatının şöbə müdiri Lamiyə Zeynalova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Təranə Piriyeva, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov (Qaraçaylı), Kürdəxanı və Pirşağı qəsəbə bələdiyyə sədrləri və əməkdaşları, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Kürdəxanı və Pirşağı qəsəbələrində yerləşən tam orta məktəblərin direktorları, müəllim və şagird heyəti iştirak edirdilər.
   Tədbir ilk olaraq məktəblilərin mövzu ətrafında hazırladıqları rəsm əsərlərinə baxış ilə başlandı. Daha sonra məktəblilər məişət zorakılığı, uşaq evliliyi, təhsildən yayınma halları, qohumlar arasındakı nikah və onların fəsadları mövzuları ətrafında hazırladıqları səhnəcikləri nümayiş etdirdilər, şeir və mahnılar səsləndirdilər. Tədbirin sonunda Kürdəxanı qəsəbəsində yerləşən 113 nömrəli tam orta məktəb tərəfindən hazırlanan “Susma, səsini eşitdir!” adlı sosial videoçarx nümayiş olundu.
  Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova bildirdi ki, insan hüquqlarının təmin olunması ilə bağlı məsələlər içərisində gender əsaslı zorakılıq aktual məsələlərdən biridir. Qeyd olundu ki, qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı cəmiyyətimiz tərəfindən həmişə mənfi qarşılanıb. İnsan hüquq və azadlıqlarının müdafiəsi, bütün zorakılıq hallarının aradan qaldırılması, eləcə də qadınların öz hüququnu bilməsi, onların fəallığının artırılması dövlət siyasətinin prioritetlərindəndir. R.Fərəcova vurğuladı ki, ölkədə məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, məişət zorakılığı qurbanlarının hüquqi müdafiə vasitələri, kompensasiya, tibbi və psixoloji yardımla təmin edilməsi istiqamətində görülən işlər bir çox dünya ölkələrinə nümunə olacaq səviyyədədir.
   R.Fərəcova məlumat verərək bildirdi ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bələdiyyələrlə İş Mərkəzi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  məişət zorakılığı ilə mübarizə çərçivəsində risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktiki iş aparılması və zorakılıq qurbanlarına zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsi məqsədilə pilot layihə olaraq Sabunçu rayonu üzrə bütün bələdiyyələrin nəzdində Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiyalar yaradılmış, rayon üzrə bütün bələdiyyələrin inzibati binalarında xüsusi qutular yerləşdirilmişdir. Məişət zorakılığına məruz qalan, həmçinin bənzər hallara şahid olan, lakin aidiyyəti qurumlara vaxtında müraciət etməkdən çəkinən vətəndaşlar yaşadıqları ərazi üzrə bələdiyyənin inzibati binasına yaxınlaşaraq öz şikayətlərini məktub şəklində həmin qutuya daxil edə və ya şikayətlərini birbaşa Komissiya üzvlərinə çatdıra bilərlər. Daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin  görülməsində bələdiyyələrin nəzdində yaradılmış komissiyalar Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupu, həmçinin hüquq-mühafizə orqanları ilə birgə iş aparır.
   Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Aparatının şöbə müdiri Lamiyə Zeynalova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Təranə Piriyeva, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov (Qaraçaylı) çıxış edərək insan hüquq və azadlıqlarının ali dəyər sayıldığı dövlətimizdə gender bərabərliyinin təmini uğrunda həyata keçirilən layihələr, ölkəmizdə qadın hüquqlarının təminatı və gender probleminin həlli istiqamətində keçirilən silsilə tədbirlərdən söz açdılar.
   Sonda “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində fəal iştirak edən məktəblilər və direktorlar Sabunçu rayonunun Kürdəxanı və Pirşağı qəsəbə bələdiyyələri tərəfindən diplom və hədiyyələrlə təltif olundular.
 
Keçidlər