Pirşağı qəsəbəsində Vətən müharibəsi şəhidi Səmədov Məhəmməd Niman oğlunun doğum günü münasibətilə xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi
13 iyun 2026 | 16:03
13 iyun 2026-cı ildə Sabunçu rayonu, Pirşağı qəsəbəsində Vətən müharibəsi şəhidi Səmədov Məhəmməd Niman oğlunun doğum günü münasibətilə xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sədai Vəlibəyli, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rahim Budaqov, Kürdəxanı bələdiyyəsinin sədri Ağaəli Məsimov, şəhidin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.
Məhəmməd Səmədov 13.07.2001-ci il Sabunçu rayonu Pirşağı qəsəbəsində anadan olmuşdur. 2007-ci ildə Pirşağı qəsəbəsi 10 saylı İnternat məktəbində orta təhsilinə başlamış və həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2019-cu ilin İyun ayında həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətdə olarkən könüllü olaraq döyüş bölgəsinə yollanmış, Füzuli istiqamətində gedən döyüşlərdə 06.10.2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. Pirşağı qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.














