Şriftin ölçüsü :

Saytın rəngi :

Qədim Ramana qalasında Novruz bayramı təntənəli şəkildə qeyd edildi

18 mart 2023 | 11:32
   Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı Abadlıq Xidməti MMC-nin birgə təşkilatçılığı ilə rayonun Ramana qəsəbəsində yerləşən möhtəşəm Ramana qalasında Novruz bayramı böyük coşquyla qeyd edildi.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatı Əliabbas Salahzadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bütün xidmət sahələrinin rəisləri, RİH başçısının müavinləri, RİH başçısı aparatının məsul işçiləri, RİH başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrin nümayəndələri, qeyri-hökumət təşkilatkarı və rayon sakinləri iştirak edirdilər.
   Dədə Qorqud qonaqları salamlayaraq xeyir-duası ilə tədbiri açıq elan etdi.
   Novruz tonqalını alışdırdıqdan sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və qonaqlar pəhləvanların Ramana qalasında təşkil olunan cəsarətli çıxışlarını izlədilər.
   Tədbir müxtəlif musiqili qonaqların şən ifaları ilə davam etdi.
   Novruz personajları Kosa və Keçəlin rəngarəng çıxışları isə bayram tədbirinə xoş ovqat qatdı.
Keçidlər