"Qəyyumluqda olan uşaqlara qayğıyla yanaşaq!" adlı layihə çərçivəsində qəyyumluqda olan uşaqların ailələrinə səfərlər təşkil edildi
01 oktyabr 2025 | 09:30
Sabunçu rayonunda "Qəyyumluqda olan uşaqlara qayğıyla yanaşaq!" adlı layihə çərçivəsində rayonun Bakıxanov, Sabunçu və Ramana qəsəbələrində yaşayan qəyyumluqda olan uşaqların ailələrinə səfərlər təşkil edildi.
Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya və Sabunçu rayon bələdiyyələrinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu ərazisində yaşayan valideyn himayəsindən məhrum olmuş və qəyyumluğa verilmiş uşaqların həyat şəraitlərinin monitorinqi məqsədilə "Qəyyumluqda olan uşaqlara qayğıyla yanaşaq!" adlı layihə həyata keçirilir.
Bakıxanov, Sabunçu və Ramana bələdiyyələrində yaradılmış Gender məsələləri və məişət zorakılığına qarşı mübarizəyə dair Komissiyaların üzvləri tərəfindən valideyn himayəsindən məhrum olmuş və qəyyumluğa verilmiş uşaqların ailələrinə səfər təşkil edilmiş, onların həyat şəraitlərinə baxış keçirilmiş, mənzil-məişət vəziyyətləri yoxlanılmış, uşaqlarla söhbət aparılmış və onların təhsil, sağlamlıq, sosial vəziyyətləri öyrənilmişdir.
Qeyd edək ki, layihə çərçivəsində rayon ərazisində yaşayan qəyyumluğa verilmiş bütün uşaqların həyat şəraitlərinin monitorinqinin aparılması nəzərdə tutulmuşdur.














