Şriftin ölçüsü :

Saytın rəngi :

Ramana qəsəbəsində Vətən müharibəsi şəhidi Məmmədov Elcan Zöhrab oğlunun ad günü münasibətilə anım mərasimi keçirildi

09 avqust 2023 | 15:31
   09 avqust 2023-cü ildə Ramana qəsəbəsində Vətən müharibəsi şəhidi Məmmədov Elcan Zöhrab oğlunun doğum günündə şəhidin xatirəsi ehtiramla yad olundu. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Zülfüqar Mirzəliyev, Ramana bələdiyyəsinin sədri Turqay Qəribov, şəhidin ailə üzvləri və qəsəbə sakinləri  iştirak etmişdir.
   Məmmədov Elcan Zöhrab oğlu  09.08.1989-cu ildə Tərtər rayonunda anadan olmuşdur. 2007-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 169 saylı orta məktəb bitirmişdir. 2007-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdur. Universiteti bitirəndən sonra həqiqi hərbi xidmətə çağrılmışdır.
2018-ci ildə könüllü olaraq xüsusi zabit kurs keçərək leytenant rütbəsi almışdır. Vətən müharibəsi başlayan kimi Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 27.09.2020-ci ildə Tərtər istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 28.09.2020-ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq  Sərəncamı ilə ölümündən III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Soqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
   Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik.
Keçidlər