Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Balaxanı qəsəbəsində keçirildi

06 aprel 2023 | 18:31
   Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının 06.04.2023-cü il tarixdə Balaxanı qəsəbəsi 259 saylı tam orta məktəbin akt zalında qəsəbə sakinləri ilə səyyar görüşü keçirilib. Görüşdə RİHB-nın müavinləri, RİHB aparatının şöbə müdirləri, RİHB-nın Balaxanı QİƏD üzrə nümayəndəliyinin əməkdaşları, Balaxanı bələdiyyə sədri və xidmət sahələrinin rəisləri iştirak ediblər.
   İlk olaraq, qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək qəsəbənin ümumi problemlərini, əsasən kanalizasiya sisteminin təmiri, məişət məsələləri, küçə itləri, işıq təchizatı və s. məsələlərlə bağlı RİH başçısına müraciətlər ediblər.
   Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb.
 
Keçidlər