Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Balaxanı qəsəbəsində keçirildi

17 noyabr 2025 | 12:23
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının 17.11.2025-ci il tarixdə Balaxanı qəsəbəsi, Mirzə Ələkbər Sabir adına kitabxananın akt zalında qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi. Görüşdə RİHB-nın müavinləri, RİHB Aparatının şöbə müdirləri, RİHB-nın Balaxanı QİƏD üzrə nümayəndəliyinin əməkdaşları, Balaxanı bələdiyyə sədri və xidmət sahələrinin rəisləri iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı öz çıxışında ölkə rəhbərinin tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində respublikamızda həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar, rayonun inkişafına yönəlmiş layihələr, eləcə də əhalinin həyat səviyyəsinin, sosial rifahının daha da yüksəldilməsi məqsədilə görülən kompleks tədbirlər barədə vətəndaşlara ətraflı məlumat verərək, dövlətimizin məqsədyönlü siyasətinin regionlarda ardıcıl və sistemli şəkildə icra olunduğunu xüsusi vurğuladı.
Daha sonra qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə, eləcə də vətəndaşların problemlərinin dinlənilməsi üçün mütəmadi olaraq keçirilən səyyar görüşlərə dair verdiyi tapşırığa görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.
Görüşdə qəsəbə sakinləri istifadə etdikləri avtobusların vaxt intervalının çox olması, sahibsiz küçə itlərinə görə yaşadıqları problemləri, naməlum şəxslər tərəfindən gecə vaxtlarında maşınla məişət tullantılarının boşaldılması və s. məsələlərlə bağlı RİH başçısına müraciətlər edərək köməklik gösətrilməsini xahiş etdilər.
Müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin araşdırılması, qanunvericiliyə uyğun həlli üçün aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verildi və müsbət həlli istiqamətində operativ tədbirlər görüldü.
Keçidlər