Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Balaxanı qəsəbəsində keçirildi 

27 mart 2024 | 12:23
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 27.03.2024-cü il tarixdə Balaxanı qəsəbəsi 259 saylı tam orta məktəbin akt zalında qəsəbə sakinləri ilə səyyar görüşü keçirilib. Görüşdə RİHB-nın müavinləri, RİHB aparatının şöbə müdirləri, RİHB-nın Balaxanı QİƏD üzrə nümayəndəliyinin əməkdaşları, Balaxanı bələdiyyə sədri və xidmət sahələrinin rəisləri iştirak ediblər.
Qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək qəsəbənin ümumi problemlərini, əsasən qəsəbə ərazisində yol infrastrukturunun bərpası və təmiri, məişət məsələləri, içməsi su ilə təchizat, maddi yardım və s. məsələlərlə bağlı RİH başçısına müraciətlər ediblər.
Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti idarə və xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb.
Daha sonra, Rayon İcra Hakimiyyətinin başçısı Partizan Məmməd küçəsində içməli su təchizatının yaxşılaşdırılması barədə sakinlərin müraciətləri ilə əlaqədar məsələyə yerində baxış keçirmişdir.
Vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə yönəlmiş tədbirlərin görülməsi Sabunçu rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir.
Keçidlər