Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Kürdəxanı qəsəbəsində keçirildi

05 noyabr 2025 | 18:00
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının 05.11.2025-ci il tarixdə Kürdəxanı qəsəbəsi, Kürdəxanı bələdiyyəsinin akt zalında qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi. Görüşdə RİHB-nın müavinləri, RİHB Aparatının şöbə müdirləri, RİHB-nın Kürdəxanı QİƏD üzrə nümayəndəliyinin əməkdaşları, Kürdəxanı bələdiyyə sədri və xidmət sahələrinin rəisləri iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı öz çıxışında ölkə rəhbərinin tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində respublikamızda həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar, rayonun inkişafına yönəlmiş layihələr, eləcə də əhalinin həyat səviyyəsinin, sosial rifahının daha da yüksəldilməsi məqsədilə görülən kompleks tədbirlər barədə vətəndaşlara ətraflı məlumat verərək, dövlətimizin məqsədyönlü siyasətinin regionlarda ardıcıl və sistemli şəkildə icra olunduğunu xüsusi vurğuladı.
Daha sonra qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə, eləcə də vətəndaşların problemlərinin dinlənilməsi üçün mütəmadi olaraq keçirilən səyyar görüşlərə dair verdiyi tapşırığa görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.
Görüş zamanı qəsəbə sakinləri vərəsilik hüququna dair arayışın verilməsi, sahibsiz küçə itləri, kanalizasiya xəttinin tutulması, yüksək gərginlikli elektrik xəttlərinin altında yerləşən ağacların budanması, əlavə təcilli tibbi yardım maşının ayrılması və s. məsələlərlə bağlı RİH başçısına müraciətlər edərək köməklik gösətrilməsini xahiş etdilər.
Müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin araşdırılması, qanunvericiliyə uyğun həlli üçün aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verildi və  müsbət həlli istiqamətində operativ tədbirlər görüldü.
Keçidlər