Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Maştağa qəsəbəsində keçirildi
11 fevral 2026 | 17:18
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının 09.02.2026-cı il tarixdə Maştağa qəsəbəsi, Maştağa Mədəniyyət Mərkəzinin akt zalında qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi. Görüşdə RİHB-nın müavinləri, RİHB Aparatının şöbə və sektor müdirləri, RİHB-nın Maştağa qəsəbəsi QİƏD üzrə nümayəndəliyinin əməkdaşları, Maştağa qəsəbəsi bələdiyyə sədri və xidmət sahələrinin rəisləri iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı çıxışında ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq həyata keçirilən sosial-iqtisadi islahatlar, rayonun inkişafına yönəlmiş layihələr və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verərək, dövlət siyasətinin regionlarda ardıcıl və sistemli şəkildə icra olunduğunu vurğuladı.
Daha sonra qəsəbə sakinləri rayonda aparılan abadlıq-quruculuq işlərinə və vətəndaşların problemlərinin dinlənilməsi məqsədilə mütəmadi keçirilən səyyar görüşlərə və göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Bu görüşdə qəsəbə sakinləri, işlə təminat, maddi köməklik göstərilməsi, ağacın budanması, sahibsiz küçə itlərinin təhlükə yaratması, küçə işıqlarının yanmaması və s. məsələlərlə bağlı RİH başçısına müraciətlər edərək köməklik göstərilməsini xahiş etdilər. Müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli edilməsi üçün aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Qeyd olunan məsələlərin müsbət həlli istiqamətində operativ tədbirlər görüldü.