Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Maştağa qəsəbəsində keçirildi

03 dekabr 2025 | 12:04
03.12.2025-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Maştağa qəsəbəsində, Maştağa Mədəniyyət Mərkəzinin akt zalında sakinlərlə növbəti səyyar görüş keçirdi. Görüşdə RİHB-nın müavinləri, aparatın şöbə müdirləri, Maştağa QİƏD üzrə nümayəndəliyin əməkdaşları, qəsəbə bələdiyyəsinin sədri, həmçinin xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
İcra başçısı çıxışı zamanı ölkə rəhbərinin tapşırıq və göstərişlərindən irəli gələn vəzifələrin icrası istiqamətində respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar, rayon üzrə reallaşdırılan inkişaf layihələri və əhalinin rifahının yaxşılaşdırılması üçün görülən kompleks tədbirlər barədə geniş məlumat verdi. O, dövlətin məqsədyönlü siyasətinin regionlarda ardıcıl və sistemli şəkildə icra olunduğunu xüsusi olaraq qeyd etdi.
Görüş zamanı qəsəbə sakinləri rayonda aparılan abadlıq-quruculuq işlərinə, eləcə də onların problemlərinin dinlənilməsi üçün mütəmadi şəkildə təşkil olunan səyyar qəbul günlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Sakinlər mövcud sosial və məişət məsələləri – maddi yardımın göstərilməsi, su xəttinin çəkilməsi, sahibsiz küçə itləri ilə bağlı problemlər, ahıl və kimsəsiz bir şəxsin qocalar evinə yerləşdirilməsi, qurumuş ağacların budanması, işlə təminat və digər mövzular üzrə müraciətlər edərək köməklik göstərilməsini xahiş etdilər. Qaldırılan məsələlər dinlənildikdən sonra onların araşdırılması və qanunvericiliyə uyğun həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi və müraciətlərin operativ şəkildə müsbət yekunlaşması üçün tədbirlər görülməyə başlandı.
Keçidlər