Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Maştağa qəsəbəsində keçirildi

06 mart 2023 | 19:18
   Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 06.03.2023-cü il tarixdə Maştağa qəsəbəsi 209 saylı tam orta məktəbin akt zalında qəsəbə sakinləri ilə səyyar görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, RİH başçısının Maştağa qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Maştağa bələdiyyə sədri və xidmət sahələrinin rəisləri iştirak etmişdir.
  Qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək qəsəbənin ümumi problemlərini, əsasən qəsəbə ərazisində yol infrastrukturunun bərpası və təmiri,  məişət məsələləri, içməsi su ilə təchizat, kanalizasiya sisteminin əsaslı təmiri, maddi yardım və s. məsələlərlə bağlı RİH başçısına müraciətlər ediblər.
  Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti idarə və xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb.
  Vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə yönəlmiş tədbirlərin görülməsi Sabunçu rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir.
Keçidlər