Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Nardaran qəsəbəsində keçirildi

01 dekabr 2025 | 16:15
01 dekabr 2025-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının Nardaran qəsəbəsinin sakinləri ilə səyyar görüşü Nardaran Mədəniyyət Mərkəzinin akt zalında keçirildi. Görüşdə RİHB-nın müavinləri, Aparatın şöbə müdirləri, RİHB-nın Nardaran QİƏD üzrə nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri, eləcə də xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələrin icrası, respublikada aparılan genişmiqyaslı sosial-iqtisadi islahatlar, rayonun inkişafı istiqamətində həyata keçirilən layihələr və əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına hesablanmış tədbirlər barədə sakinləri ətraflı məlumatlandırdı. O, dövlətimizin məqsədyönlü siyasətinin regionlarda ardıcıl və sistemli şəkildə həyata keçirildiyini xüsusi qeyd etdi.
Görüş zamanı qəsəbə sakinləri rayonda aparılan abadlıq və quruculuq işlərinə, həmçinin vətəndaş müraciətlərinin operativ şəkildə dinlənilməsi üçün mütəmadi keçirilən səyyar qəbul günlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Sakinlər çıxışlarında küçə işıqlarının işləməməsi, yol örtüyünün bərpası, qurumuş ağacların budanması, işlə təminat və digər məsələlərlə bağlı müraciətlər edərək müvafiq köməklik göstərilməsini xahiş etdilər. Müraciətlər dinlənildikdən sonra qaldırılan problemlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti qurum və xidmət sahələrinin rəhbərlərinə tapşırıqlar verildi. Məsələlərin müsbət həlli istiqamətində operativ tədbirlərin görülməsinə başlanıldı.
Keçidlər