Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Nardaran qəsəbəsində keçirildi
18 aprel 2023 | 17:43
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 18.04.2023-cü il tarixində Nardaran qəsəbəsi 295 saylı tam orta məktəbin akt zalında qəsəbə sakinləri ilə səyyar görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, RİH başçısının Nardaran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Nardaran bələdiyyə sədri və xidmət sahələrinin rəisləri iştirak etmişdir.
Qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək qəsəbənin ümumi problemlərini, həmçinin onları nərahat edən şəxsi məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər.
Görüşdə sakinlər məhəllə daxili yollara yeni asfalt örtüyünün salınması, mənzil şəraitinin yaxşılaşdırılması, kanalizasiya xətlərinin təmir olunması, içməli su ilə təmin olunma və digər sosial problemlərlə bağlı müraciət etmişlər. Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.