Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Sabunçu qəsəbəsində keçirildi

10 mart 2026 | 17:36
Mart ayının 10-da Sabunçu rayonunun Sabunçu qəsəbəsində yerləşən 148 nömrəli tam orta məktəbdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü keçirilib. Səyyar görüşün Yel çərşənbəsi gününə təsadüf etməsi münasibətilə tədbirdən öncə məktəbin şagirdləri tərəfindən Novruz ənənələrini əks etdirən kiçik proqram təqdim olunub. Şagirdlər tərəfindən Yel çərşənbəsinə həsr olunmuş şeirlər səsləndirilib, bayram xonçası hazırlanaraq nümayiş etdirilib, eyni zamanda yumurta döyüşdürülməsi kimi milli adətlər təqdim olunaraq tədbirə xüsusi bayram ab-havası qatılıb.
Daha sonra səyyar görüşə başlanılıb və rayon icra hakimiyyəti başçısı tərəfindən qəsəbə sakinlərinin müraciət və təklifləri dinlənilib. Sakinlər tərəfindən qaldırılan məsələlər diqqətlə qeydə alınaraq onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Keçidlər