Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Sabunçu qəsəbəsində keçirildi
01 may 2024 | 17:41
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 01.05.2024-cü il tarixdə Sabunçu qəsəbəsi 170 saylı tam orta məktəbin akt zalında qəsəbə sakinləri ilə səyyar görüşü keçirilib. Görüşdə RİHB-nın müavinləri, RİHB aparatının şöbə müdirləri, RİHB-nın Sabunçu QİƏD üzrə nümayəndəliyinin əməkdaşları, Sabunçu bələdiyyə sədri və xidmət sahələrinin rəisləri iştirak ediblər.
Qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək qəsəbənin ümumi problemlərini, əsasən qəsəbə ərazisində yol infrastrukturunun bərpası və təmiri, məişət məsələləri, içməsi su ilə təchizat, maddi yardım və s. məsələlərlə bağlı RİH başçısına müraciətlər ediblər.
Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti idarə və xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb.
Səyyar görüş bitdikdən sonra Sabunçu RİH başçısı vətəndaşların yaşadıqları binaların dam örtüyünün qəzalı vəziyyətdə olması ilə bağlı müraciətlərinə əsasən, məsul əməkdaşlarla birlikdə binaya yerində baxış keçirdi. Əliyar Əliyev küçəsi 8-də yerləşən binaların dam örtüyünün dəyişdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verdi.
Vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə yönəlmiş tədbirlərin görülməsi Sabunçu rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir.