Sabunçu Gənclər Evində “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə konfrans keçirildi
31 yanvar 2025 | 08:56
31 yanvar 2025-ci il tarixdə Sabunçu Gənclər Evində “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə gənclərlə konfrans keçirilmişdir.
Konfransda Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Sabunçu rayon Gənclər və Idman sektorunun baş məsləhətçisi Malik Məmmədov, Sabunçu Gənclər evinin direktoru Kamil Yaqubov və rayonun müəssisə və təşkilatlardan fəal gənclər iştirak etmişdir.
Dövlət Himnin səslənməsi ilə başlayan konfranda vətənimizin azadlığı və suverenliyi uğrunda şəhid olmuş oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransda Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla, şərəflə davam etdirilməsindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətindən, dövlətin gənclərin inkişafına, onların cəmiyyətdə özlərini təsdiq etməsində mühüm rol oynaya bilən islahatlardan, ölkədə yaradılan imkan və şəraitdən, gənclərin dövlətə, vətənə, xalqa, ölkə rəhbərinə olan sevgisindən, inamından ətraflı danışdı.
Sabunçu Gənclər evinin direktoru Kamil Yaqubov çıxış edərək Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda, onda dərin vətənpərvərlik ruhu formalaşmasını vurğuladılar.
Konfransad ictimai-siyasi, elmi-mədəni proseslərdə fəal iştirak edən 20 nəfər gəncə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Sertifikatı və qiymətli hədiyyəsi təqdim edildi.
Tədbir "2 fevral-Gənclər günü"nə həsr olunmuş konsert proqramı ilə yekunlaşdı.