Sabunçu Gənclər Evində “Gələcəyini düzgün qur!” adlı maarifləndirici forum keçirildi
03 dekabr 2022 | 09:58
3 dekabr 2022-ci il tarixdə Sabunçu Gənclər Evinin təşkilatçılığı və Gənclərin Anti-Narkomaniya İctimai Birliyini tərəfdaşlığı çərçivəsində narkotik vasitələrin istifafənin fəsadları haqqında daha çox gəncin maariflənməsi üçün, “Gələcəyini düzgün qur!” forumu keçirilmişdir.
Forumun açılışı şəhidlərimizin əziz xatirəsi yad edilərək başlanıldı. Daha sonra Sabunçu Gənclər Evinin direktor v.i.e. Gülşən Axundovanın təqdimatında fəaliyyətlərimiz haqqında təqdimat nümayiş olundu
Spiker qismində
- Ombudsman Apparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva
- AR Daxili İşlər Nazirliyi Baş Narkotiklə Mübarizə İdarəsinin nümayəndəsi Bəxtiyar Abbaszadə
- Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Mübarizə Üzrə Dövlət Komissiyasının Milli informasiya sektorunun müdürü Raqif Allahverdiyev
- AR Gənclərin Anti-Narkomaniya İB-nin sədr müavini Büllur Məmmədova
- Və millət vəkili Müşfiq Cəfərov çıxış etdi.
Forumda
- Sabunçu rayon İcra Hakimiyyəti şöbə müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı – Ceyhun Abbasov
- Ombudsman Milli Preventiv qrupunun üzvü, psixoloq – Ülkər Həsənova
- Ailə ,Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin nümayəndəsi - Həsən Əliyev
- Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi nümayəndəsi- Bəhruz Orucov iştirak etdi.
Həmçinin forum zamanı Sabunçu Gənclər Evinin könüllülərinin təşəbbüsü ilə çəkilmiş, anti-narkomaniyanı təbliğ edən videoçarx nümayiş etdirildi.
Daha sonra isə gənclərə söz verildi və aktiv müzakirələr aparıldı.