Sabunçu məktəbliləri ekskursiyada
Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nardaran qəsəbə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin şagirdlərinin Baş İdarənin tabeliyində olan Suraxanı Heydər Əliyev Mərkəzi və Cəlil Məmmədquluzadənin Ev-muzeyinə ekskursiyasi təşkil edilmişdir.
Ekskursiya zamanı şagirdləri Mədəniyyət Mərkəzinin direktoru A.Qurbanov, metodist R.Feyzullayev və 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin müəllimi A.Ağayeva müşayət etmişdir.
Həyata keçirilən ekskursiyanın əsas məqsədi uşaqların asudə vaxtlarını səmərəli təşkil etmək, müasir Azərbaycanın memarı, Ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolunu öyrənmək, Azərbaycan yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı ilə daha da yaxından tanış olmaq, şagirdlərin dünyagörüşünü artırmaq və onlarda milli-mənəvi dəyərlərə hörmət hissini aşılamaqdır.
Ekskursiya şagirdlərin böyük marağına səbəb olmuşdur.