Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirildi

02 noyabr 2026 | 15:15
02.11.2026-cı il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsində yerləşən 148 nömrəli tam orta məktəbin akt zalında qəsəbə sakinləri ilə səyyar görüşü keçirilib.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı aparatının şöbə və sektor müdirləri, Sabunçu qəsəbəsi QİƏD üzrə nümayəndəliyinin əməkdaşları, Sabunçu bələdiyyəsinin nümayəndələri, eləcə də aidiyyəti xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər, Sabunçu rayonunun inkişafı, qəsəbələrdə abadlıq və quruculuq tədbirlərinin davam etdirilməsi barədə məlumat verib. Bildirilib ki, sakinlərlə mütəmadi görüşlərin keçirilməsində əsas məqsəd vətəndaşların müraciət və təkliflərini yerində dinləmək, onları narahat edən məsələləri müəyyənləşdirmək və həlli istiqamətində zəruri tədbirlər görməkdir.
Daha sonra qəsəbə sakinləri çıxış edərək gündəlik həyatlarında qarşılaşdıqları çətinlikləri diqqətə çatdırıb, müxtəlif məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Müraciətlər əsasən işlə təminat, maddi köməklik göstərilməsi, ərazidə abadlıq və quruculuq işlərinin aparılması, yol və küçələrin vəziyyətinin yaxşılaşdırılması, küçə işıqlandırılmasının təmin edilməsi və digər sosial-məişət məsələlərini əhatə edib.
Sakinlərin müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərlə bağlı müvafiq izahatlar verilib. Həlli əlavə araşdırma tələb edən müraciətlərin hər biri üzrə məsələlərin mahiyyətinin öyrənilməsi, aidiyyəti üzrə tədbirlərin görülməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq nəticələndirilməsi məqsədilə müvafiq xidmət sahələrinin rəhbərlərinə tapşırıqlar verilib.
Səyyar görüş zamanı vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasının, qaldırılan məsələlərin operativ araşdırılmasının və onların həlli istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb. Sakinlərin müraciətlərinin aidiyyəti üzrə nəzarətdə saxlanılması və nəticələri barədə müvafiq qaydada məlumat verilməsi tapşırılıb.
Keçidlər