Sabunçu rayonunda şəhid övladları üçün bayram şənliyi təşkil olundu
02 iyun 2022 | 09:29
01.06.2022-ci il tarixdə “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi və rayonda fəaliyyət göstərən “Bliss Land” istirahət və əyləncə mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidlərimizin övladları üçün bayram şənliyi təşkil edildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin məsul əməkdaşları, şəhid ailələri və övladlarının iştirakı ilə keçirilən tədbirdə uşaqlar vətənpərlik mövzusunda şeirlər, mahnılar səsləndirərək və müxtəlif nağıl qəhrəmanları ilə birlikdə əyləncəli oyunlar oynayaraq xoş zaman keçirdilər.
Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olundu.