Sabunçu rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Prezident İlham Əliyevin çoxşaxəli siyasəti” mövzusunda dəyirmi masa keçirilвш
19.05.2023-cü il tarixdə YAP-ın Sabunçu rayon təşkilatının inzibati binasında Sabunçu rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Prezident İlham Əliyevin çoxşaxəli siyasəti” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Respublika Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Məmmədov, Sabunçu rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı, Azərbaycan Yazıçılar birliyinin üzvu şair Həsən---, YAP-ın Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov rayon ağsaqqalları, Qarabağ müharibəsi qaziləri iştirak edirdi.
YAP-ın Sabunçu rayon təşkilatının inzibati binasındakı Ulu öndərin büstünün önünə gülqoyma ilə başlayan tədbiri giriş sözü il Sabunçu rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı açdı.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Respublika Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Azərbaycan Yazıçılar birliyinin üzvu, tanınmış ədəbi tənqidçi Əsəd Cahangir, Sabunçu rayon, Nardaran qəsəbəsinin ağsaqqalı Hacıağa Nuriyev, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ağsaqqalı Sabir İsayev və digərləri Ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən, vətəndaş müharibəsi, iqtisadi, siyasi böhran astanasında olan ölkənin necə xilas etməsindən söz açdılar. Çıxış edənlər cənab Preziden İlham Əliyevin apardığı çoxşaxəli siyasəti nəticəsində surətlə inkişaf edən ölkəmizin iqtisadi, siyasi, sosial, maliyyə və digər sahələrdə əldə etdiyi uğurlardan, inkişafdan geniş danışdılar, 44 günlük Vətən müharibəsində ölkə rəhbərinin Ali Baş Komandan kimi hərb, siyasi və digər meydanlarda apardığı cəsarətli, qətiyyətli mübarizəsindən söz açdılar. Ölkə rəhbərinə fəaliyyətində uğurlar diləyən tədbir iştirakçıları hər zaman xalqın prezidentinin yanında olduğunu və onun həm xarici, həm də daxili siyasətini müdafiə etdiyin bildirdilər.