Sabunçu Rayon İcra Hakimiyyəti başçısına yeni I müavin təyin olundu
21 aprel 2025 | 16:12
21.04.2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən iclasda Sabunçu Rayon İcra Hakimiyyəti başçısına təyin olunan yeni I müavin Həsənli Elşən Nazim oğlu rayon ictimaiyyətinə təqdim edildi.
İclasda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavin Rəna Vəliyeva, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin bir sıra digər nümayəndələri iştirak edirdilər.
Qeyd edək ki, Həsənli Elşən Nazim oğlu 1986-cı ildə Yevlax şəhərində anadan olub.
2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” ixtisası üzrə bakalavriatura səviyyəsini, 2019-cu ildə isə Dövlət İdarəçilik Akademiyasının “Davamlı inkişafın planlaşdırılması” üzrə magistratura səviyyəsini bitirib.
2012-2014-cü illərdə Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı aparatında baş məsləhətçi vəzifəsində çalışıb.
2014-2022-ci illərdə Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.
2022-ci ilin dekabr ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.
2025-ci ilin aprel ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.














