Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olundu

15 dekabr 2022 | 10:43
14.12.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən iclasda Sabunçu Rayon İcra Hakimiyyəti başçısına təyin olunan yeni müavin Həsənli Elşən Nazim oğlu rayon ictimaiyyətinə təqdim edildi.
 
İclasda Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri  üzrə nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin bir sıra digər nümayəndələri iştirak edirdilər.
 
Həsənli Elşən Nazim oğlu  1986-cı ildə  Yevlax şəhərində anadan olub.
2006-cı   ildə   Azərbaycan  Respublikası   Prezidenti     yanında Dövlət     İdarəçilik   Akademiyasının “İnzibati idarəetmə” ixtisası üzrə bakalavriatura səviyyəsini, 2019-cu ildə isə Dövlət     İdarəçilik   Akademiyasının “Davamlı inkişafın planlaşdırılması” üzrə magistratura səviyyəsini bitirib.
2012-2014-cü illərdə Bakı  şəhəri, Suraxanı Rayon  İcra  Hakimiyyətinin başçısı aparatında baş məsləhətçi vəzifəsində çalışıb.
2014-2022-ci illərdə Bakı  şəhəri, Sabunçu  Rayon  İcra  Hakimiyyətinin başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. 
2022-ci ilin dekabr ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.
Keçidlər