Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsində sakinlərlə növbəti səyyar görüşü keçirildi
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 05.07.2022-ci il tarixdə Bakıxanov qəsəbəsi 271 saylı tam orta məktəbin akt zalında qəsəbə sakinləri ilə səyyar görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, RİH başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi, Bakıxanov bələdiyyə sədri və xidmət sahələrinin rəisləri iştirak etmişdir.
Qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək qəsəbənin ümumi problemlərini, həmçinin onları nərahat edən şəxsi məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər.
Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi