Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsində sakinlərlə növbəti səyyar görüşü keçirildi
14 sentyabr 2022 | 15:55
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 14.09.2022-ci il tarixdə Kürdəxanı qəsəbəsi 113 saylı tam orta məktəbin akt zalında qəsəbə sakinləri ilə səyyar görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, RİH başçısının Kürdəxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Kürdəxanı bələdiyyə sədri və xidmət sahələrinin rəisləri iştirak etmişdir.
İlk olaraq qəbul iştirakçıları Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Daha sonra qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək qəsəbənin ümumi problemlərini, həmçinin onları nərahat edən şəxsi məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər.
Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.