Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsində sakinlərlə səyyar görüşü keçirildi

30 mart 2022 | 18:16

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 30.03.2022-ci il tarixdə Kürdəxanı qəsəbəsi 113 saylı tam orta məktəbin akt zalında qəsəbə sakinləri ilə səyyar görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, RİH başçısının Kürdəxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Kürdəxanı bələdiyyə sədri və xidmət sahələrinin rəisləri iştirak etmişdir.
   Qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək qəsəbənin ümumi problemlərini, həmçinin onları nərahat edən şəxsi məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər.
   Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.

Keçidlər