Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsində sakinlərlə səyyar görüşü keçirildi
14 aprel 2022 | 18:03
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 13.04.2022-ci il tarixdə Maştağa qəsəbəsi 209 saylı tam orta məktəbin akt zalında qəsəbə sakinləri ilə səyyar görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, RİH başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi, Maştağa bələdiyyə sədri və xidmət sahələrinin rəisləri iştirak etmişdir.
Qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək qəsəbənin ümumi problemlərini, həmçinin onları nərahat edən şəxsi məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər.
Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.