Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri, Gender məsələləri üzrə məsul şəxs Rəna Vəliyeva 15.05.2026-cı il tarixdə İslam Əməkdaşlıq Təşkilatı, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları üçün keçirilən “İş yerində gender bərabərliyinin idarə olunması” mövzusunda təlimdə iştirak edib.
Tədbir idarəetmə səviyyəsində çalışan mütəxəssisləri gender sahəsində yeni çağırışlarla bağlı məlumatlandırmaq, gender məsələlərinə diqqəti artırmaq və praktiki iş mühitində təhlil bacarıqlarını gücləndirmək məqsədini daşıyıb. Təlim çərçivəsində keçirilən sessiyalarda gender bərabərliyi, inklüzivlik və ayrı-seçkiliklə bağlı əsas anlayışlar üzrə təqdimatlar edilib, interaktiv məşğələlər təşkil olunub.
Tədbir zamanı iş yerlərində gender bərabərsizliyinin səbəbləri, iş-həyat balansı, rəqəmsallaşma və hibrid iş modelləri kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçılar qruplar şəklində real iş yeri situasiyalarını əhatə edən keys simulyasiyaları üzərində işləyərək risklərə uyğun idarəetmə həlləri hazırlayıblar.
Qrup təqdimatları ekspertlər tərəfindən qiymətləndirilib.