Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsində sakinlərlə növbəti səyyar görüşü keçirildi

19 iyul 2022 | 15:36
   Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 19.07.2022-ci il tarixdə Zabrat qəsəbəsi 71 saylı tam orta məktəbin akt zalında qəsəbə sakinləri ilə səyyar görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, RİH başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi, Zabrat bələdiyyə sədri və xidmət sahələrinin rəisləri iştirak etmişdir.
   Qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək qəsəbənin ümumi problemlərini, həmçinin onları nərahat edən şəxsi məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər.
   Görüşdə sakinlər məhəllə daxili yollara yeni asfalt örtüyünün salınması, mənzil şəraitinin yaxşılaşdırılması, kanalizasiya xətlərinin təmir olunması, içməli su ilə təmin olunma və digər sosial problemlərlə bağlı müraciət etmişlər. Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.
Keçidlər