Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti və Maştağa qəsəbə bələdiyyəsinin məsul nümayəndələri dördəmlərin dünyaya gəldiyi Məmmədovlar ailəsində qonaq oldular

04 may 2023 | 12:51
04.05.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Maştağa qəsəbə bələdiyyəsinin məsul əməkdaşları Ümummilli lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci Vitse-Prezident xanım Mehriban Əliyeva və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə Heydər, İlham, Mehriban və Ərdoğan adlandırılan dördəmlərin dünyaya gəldiyi Məmmədovlar ailəsində qonaq oldular.
31.03.2023-cü il tarixdə TƏBİB-in tabeliyindəki Respublika Perinatal Mərkəzində dünyaya gələn dördəmlər zəruri müalicələr aldıqdan sonra vəziyyətləri kafi olduğundan mayın 2-də anaları ilə evə buraxılıb.
Səkkiz il öncə ailə quran dördəmlərin valideynləri Aygül və Murad Məmmədovların 7 yaşlı Ayan adlı bir qız övladları var.
Keçidlər