Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyətində “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni İl” münasibətilə tədbir keçirildi

30 dekabr 2025 | 13:34
   30.12.2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında “31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni İl” münasibətilə tədbir keçirildi.
 Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavini Ramil Əliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, RİH başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliyinin əməkdaşları və bələdiyyə sədrləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək qeyd etdi ki, “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” Azərbaycan xalqının birlik günüdür və bu bayramın qeyd edilməsi artıq dünya azərbaycanlıları tərəfindən bir ənənəyə çevrilmişdir. A.Vəliyev öz çıxışında bu bayramın yaranma tarixindən bəhs edərək Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dünya azərbaycanlılarının həmrəyliyinə nail olduğunu və canab Prezident İlham Əliyevin Ulu Öndərin siyasətini bugün də layiqincə davam etdirdiyini xüsusi vurğuladı.
Sonda Sabunçu Rayon  İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bayram münasibətilə tədbir iştirakçılarını bir daha səmimi qəlbdən təbrik etdi və uğurlar arzuladı.
Keçidlər