Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyətində “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni İl” münasibətilə tədbir keçirildi

30 dekabr 2023 | 17:38
   30.12.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında “31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni İl” münasibətilə tədbir keçirildi.
   İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, RİH başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonun təhsil, səhiyyə, mədəniyyət və xidmət müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
  Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək qeyd etdi ki, “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” Azərbaycan xalqının birlik günüdür və bu bayramın qeyd edilməsi artıq dünya azərbaycanlıları tərəfindən bir ənənəyə çevrilmişdir. A.Vəliyev öz çıxışında bu bayramın yaranma tarixindən bəhs edərək Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dünya azərbaycanlılarının həmrəyliyinə nail olduğunu və canab Prezident İlham Əliyevin Ulu Öndərin siyasətini bugün də layiqincə davam etdirdiyini xüsusi vurğuladı.
  Daha sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva çıxış edərək qeyd etdi ki, möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik, inkişaf etmiş dövlətləri sırasına gətirib çıxarmış, dünya ölkələri arasında söz sahibi etmişdir. “Heydər Əliyev İli” çərçivəsində ölkədə hər bir sahə üzrə aparılan genişmiqyaslı işlərdən söz açan R.Vəliyeva şanlı zəfərimizin əldə olunmasında canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa dilədi.
  Sonda “Heydər Əliyev İli” çərçivəsində rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim olundu.
Keçidlər