Sabunçu Rayon İcra Hakimiyyətində çalışan dövlət qulluqçuları üçün “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” mövzusunda təlim keçirildi
05 mart 2026 | 15:54
05.03.2026-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən Sabunçu Rayon İcra Hakimiyyətində çalışan dövlət qulluqçuları üçün “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” mövzusunda təlim keçirildi.
Təlimdə iştirakçılara inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müxtəlif dövrlər üzrə təsdiq edilmiş ali təhsil üzrə ixtisasların uyğunlaşdırılması cədvəli nəzərə alınmaqla təhsilə dair tələbin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verildi.
Təlimin sonunda iştirakçıların sualları cavablandırıldı.














