Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyətində "Yetkinlik yaşına çatmış şəxslərin psixologiyası" adlı seminar keçirildi

24 noyabr 2023 | 16:28
24.11.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətində Orvita Psixoloji Reabilitasiya Mərkəzinin təsisçi-direktoru psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oktayqızı tərəfindən "Yetkinlik yaşına çatmış şəxslərin psixologiyası" adlı seminar keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşları, qəsəbə və bələdiyyələrin nümayəndələri iştirak etmişdir.
Ramidə Oktayqızı çıxışında Yetkinlik yaşına çatmış şəxslərə psixoloji dəstəyin əhəmiyyəti, onların psixoloji vəziyyətinin və problemlərinin mənşəyinin müəyyən olunması, ruh düşkünlüyü, özünəqapanma, stres, valideynlərin və cəmiyyətin bu prosesdə rolu haqqında geniş məlumat verib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı sorğular keçirilib və sertifikatlar təqdim edilib.
Keçidlər