Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyətinin kollektivi “27 Sentyabr – Anım Günü”nün altıncı ildönümü ilə əlaqədar Zəfər parkını ziyarət edib

27 sentyabr 2026 | 14:38
27.09.2026-cı il tarixdə “27 Sentyabr – Anım Günü”nün altıncı ildönümü ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin kollektivi Zəfər parkını ziyarət edib.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısının müavinləri, RİH başçısı aparatının əməkdaşları, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin digər nümayəndələri parkın girişində yerləşən xatirə daşının önünə gül dəstələri qoyaraq şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qeyd edək ki, Bakı şəhərinin 8 Noyabr prospektində inşa edilmiş Zəfər parkı Qarabağın azadlığı uğrunda canından keçmiş Vətən övladlarının xatirəsinə ehtiramın ifadəsidir.
Keçidlər