Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyətinin kollektivi Zəfər parkında olublar

27 sentyabr 2025 | 17:18
27.09.2025-cİ il tarixdə “27 Sentyabr – Anım Günü”  ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin kollektivi Zəfər parkında olublar.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin digər nümayəndələri parkın girişində xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, Bakı şəhərinin 8 Noyabr prospektində inşa edilmiş Zəfər parkı Qarabağın azadlığı naminə canından keçmiş Vətən övladlarının xatirəsinə ehtiramın təcəssümüdür.
Keçidlər