Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon Polis İdarəsinin şöbə və bölmələri arasında cari ilin aprel-may aylarında keçirilmiş futbol çempionatının final oyunu keçirilmişdir

10 may 2022 | 12:10
10 may 2022-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş Sabunçu Rayon Polis İdarəsinin şöbə və bölmələri arasında cari ilin aprel-may aylarında keçirilmiş futbol çempionatının final oyunu keçirilmişdir.
İlk öncə Azarbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan  Respublikasının himni səsləndirilmişdir.
Görüşdə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon Polis İdarəsinin rəisi polis polkovniki Cavid Muradov, Rayon Hüquq Mühafizə Orqanlarının rəhbərləri və Bakı şəhər Baş Polis İdarəsinin nümayəndəsi   iştirak   etmişdir.
Qalib komandaya görüşdə iştirak edən rəhbərlər tərəfindən kubok, diplomlar, medallar və qiymətli hədiyyələr təqdim   edilmişdir.
Keçidlər