Sabunçu rayon sakinləri “Sağlam həyat” festivalında aktiv iştirak etmişdir
10 aprel 2023 | 16:49
“6 Aprel - İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Günü” münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 6-10 aprel tarixlərində təşkil olunan “Sağlam həyat” festivalında Sabunçu rayon sakinləri aktiv iştirak etmişdir.
İştirakçılar 14 yaş qrupunda (6-8, 9-10, 11-12, 13-15, 16-17, 18-24, 25-29, 30-34, 35-39, 40-44, 45-49, 50-54, 55-59 və 60+ yaş), iki müxtəlif məkanda – Qış Parkında və Böyükşor Bulvarında quraşdırılan xüsusi zonalarda özlərini sınamışlar.
Festivalın əsas məqsədi əhali arasında sağlam həyat tərzinin təbliğidir. Festival günlərində müxtəlif idman növləri üzrə normativləri yerinə yetirənlərə “qızıl”, “gümüş” və “bürünc” stikeri olan sertifikatlar təqdim olunmuşdur.