Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirildi

08 noyabr 2023 | 11:33

07.11.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu rayon Məhkəməsinin birgə təşkilatçılığı ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında “12 noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günü" ərəfəsində “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirildi.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəiyev, millət vəkili Əliabbas Salahzadə, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, 7 saylı Vəkillər bürosunun nümayəndələri və Sabunçu rayon Məhkəməsinin əməkdaşları iştirak edirdilər.

İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Sabunçu rayon Məhkəməsinin sədri Vidadi Qasımov qonaqları salamlayaraq tədbiri açıq elan etdi.

Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirdi ki, Azərbaycanın hüquq sisteminin müxtəlif aspektlərinin, o cümlədən konstitusiya hüququn inkişafı, insan hüquqlarının müdafiəsi, demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni üçpilləli məhkəmə sisteminin formalaşması, milli qanunvericiliyin təkmilləşməsi, Avropa standartlarına cavab verən yeni qanunların qəbul edilməsi prosesi Ümummili liderin  genişmiqyaslı hüquqi islahatlarının tərkib hissəsi idi. 

Daha sonra çıxış edən Sabunçu rayon Prokurorunun müavini Qəhrəman Əsgərov, 7 saylı Vəkillər bürosunun müdiri Qəmzə Qəhrəmanova, Sabunçu rayon Məhkəməsinin hakimləri Adilə Paşayeva və Anar Rzayev zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyevin Azərbaycanda hüquqi dövlət modelini yaratmaq istiqamətində apardığı davamlı və uğurlu siyasətdən, çoxsaylı islahatlardan söz açdılar.

Tədbir iştirakçıların mövzu ətrafında geniş müzakirələri ilə davam etdi.

Keçidlər