Sabunçu rayonu, 11 saylı inteqrasiya təlimli internat məktəbinin şagirdləri “Nine Senses” mərkəzində əl işlərini nümayiş etdiriblər
11 aprel 2024 | 10:30
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Sabunçu rayonu, 11 saylı inteqrasiya təlimli internat məktəbinin şagirdləri qadınların sənət təcrübəsinə həsr olunmuş “Her Art in Action” festivalı çərçivəsində “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində əl işlərini nümayiş etdiriblər.
Festival “Gazelli Art House” beynəlxalq incəsənət qalereyası və Bakıda fəaliyyət göstərən incəsənət və media platforması “VarYox”un dəstəyi ilə təşkil olunub.
İddialı gənc dizaynerlər və rəssamlar istedadlarını inkişaf etdirmək üçün festivala qatılıblar.
“Her Art ın Action” festivalının birinci hissəsində “the Feminine Gaze: seeing Ourselves and Each other” mövzusu təqdim olunub.
Festival sərgidən, həmçinin iştirak edən rəssamlar və onların işləri ətrafında bir sıra seminarlar, ictimai söhbətlər və tədbirlərdən ibarət olacaq. Festivalın məqsədi azərbaycanlı qadın rəssamların əsərlərini yeni tamaşaçılara təqdim etməklə onların peşəkar inkişafına dəstək olmaqdır.