Sabunçu rayonu, Maştağa qəsəbəsində Vətən müharibəsi itkini şəhid Elnur Rəcəb oğlu Qədirlinin doğum günü münasibətilə anım mərasimi keçirildi.
27 avqust 2026 | 14:45
27 avqust 2026-cı il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində Vətən müharibəsi itkini şəhid Qədirli Elnur Rəcəb oğlunun ad günü münasibətilə xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini-Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə baş məsləhətçi-ev təsərrüfatlarının uçotu işinin aparıcısı Ramin Ağazadə, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov, Maştağa bələdiyyəsinin sədr müavini Ağazakir Abdullayev və şəhidin (itkin) ailə üzvləri iştirak etmişdir.Qədirli Elnur Rəcəb oğlu 27 avqust 1997-ci ildə İsmayıllı rayonu, Diyallı kəndində anadan olmuşdur. Sonradan ailəsi ilə birlikdə Sabunçu Rayonu, Maştağa qəsəbəsində məskunlaşmışdır. Azərbaycan Ordusunun əsgəri olan Elnur Qədirli Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. 7 oktyabr 2020-ci il tarixdə Suqovuşan azadlığı uğrunda gedən döyüş əməliyyatları zamanı itkin düşmüşdür. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuş və onun tapılıb ailəsinə verilməsi üçün zəruri tədbirlər görülmüşdür. Uzun müddətli axtarışlar nəticə vermədiyindən Qədirli Elnur Rəcəb oğluna şəhid statusu verilmişdir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.














