Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Sən elə bir zirvəsən” adlı tədbir keçirildi

08 may 2023 | 11:24
  08.05.2023-cü il tarixdə Bakı Gənclər Mərkəzi və “EMEDİA GROUP” Media təşkilatının birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Sən elə bir zirvəsən” adlı tədbir keçirildi.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, millət vəkilləri  Vüqar İsgəndərov, Elman Nəsirli və Jalə Əhmədova, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
   İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra Bakı Gənclər Mərkəzinin ərsəyə gətirdiyi “Biz Sizdən öyrəndik!” adlı videoçarx nümayiş olundu.
   Tədbiri giriş sözü ilə açan Bakı  Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva qonaqları salamlayaraq Ulu Öndər H.Əliyevin gənclərə qayğısından, etimadından söz açdı, “Biz sizdən öyrəndik” videoçarxının rejissoru İlkin İmanovu və “Absheron Group” təşkilatını xüsusi diplomla təltif etdi.
   “EMEDİA GROUP” media təşkilatının rəhbəri Elşən Əliyev çıxış edərək “Əbədiyaşar  lider” filminin rejissoru Amil Əlioğlunu xüsusi diplomla təltif etdi.
   Sonra Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Əbədiyaşar lider” filmi nümayiş olundu.
   Filmin nümayişindən sonra tədbir “Asiman” rəqs qrupu, tanınmış müğənni Səlim Abbasov, respublika və beynəlxalq   müsabiqələrin laureatı, vokal ifaçısı Turan Səfərlinin ifasında bədii hissə ilə davam etdi.  
   Millət vəkilləri  Vüqar İsgəndərov, Elman Nəsirli və Jalə Əhmədova çıxış edərək Ulu Öndər Heydər Əliyevin müdrik siyasətindən söz açaraq hər iki filmin ərsəyə gəlməsində əziyyəti keçənlərə təşəkkür etdilər.
   Sonda Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlığını qurban verən qazilər mükafatlandırıldılar.

Keçidlər