Sabunçu rayonunda “Tarix yaradan şəxsiyyət” mövzusunda tədbir keçirilmişdir
04.05.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 295 saylı tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Tarix yaradan şəxsiyyət” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatları Ceyhun Məmmədov, Jalə Əhmədova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinin rəisi Emil Cavadov, məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər.
Nardaran qəsəbəsi, 295 nömrəli tam orta məktəbdə Ulu öndərin büstünün önünə gülqoyma ilə başlayan tədbirdə Dövlət Himni səsləndirilmiş və Ümummilli lider Heydər Əliyevin, vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan vətən oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
295 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış şer, mahnı və rəqs ifalarından sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Milli Məclisin deputatları Ceyhun Məmmədov, Jalə Əhmədova Azərbaycan xalqına müstəsna xidmətlər göstərərək xalqın qəlbində əbədi sevgi qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolundan, zəngin çoxşaxəli irsindən və siyasi fəaliyyətindən söz açdılar, Ümummilli liderin rəhbərliyi ilə qazanılmış mühüm tarixi nailiyyətlərdən, milli şüurun oyanmasından, azərbaycançılıq məfkurəsinin geniş yayılmasından, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə müstəqilliyimizin əbədi və dönməz xarakter almasından geniş danışdılar.
Sonda xatirə şəkli çəkildi.