Sabunçu rayonunda "05 mart-Bədən Tərbiyəsi və İdman günü" qeyd edildi
03 mart 2023 | 10:09
03.03.2023-cü il tarixdə Sabunçu Rayon Gənclər və İdman İdarəsinin təşkilatcılığı ilə Bakı Gənclər Mərkəzində "05 mart-Bədən Tərbiyəsi və İdman günü" münasibətilə rayon tədbiri və şəhid Həsənağa Abdullazadənin xatirəsinə həsr olunmuş şahmat turniri keçirildi.
Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Azəraycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti Cəlal Qurbanov, Sabunçu rayon Gənclər və İdman idarəsinin rəisi Rakif Əliyev, şəhid ailələri və qazilər iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Sonra qonaqlar şəhid Həsənağa Abdullazadəyə həsr olunmuş sərgi ilə tanış oldular.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə çıxış edən qonaqlar tədbirin mahiyyəti haqqında tədbir iştirakçılarına məlumat verdilər.
Tədbirin sonunda şəhid Həsənağa Abdullazadənin xatirəsinə həsr olunmuş şahmat turnirinin qalibləri və ilboyu Sabunçu rayon Gənclər və İdman idarəsi tərəfindən keçirilən tədbirlərdə göstərdiyi dəstəyə və iştirakına görə bir sıra şəxslər diplom və hədiyyələrlə mükafatlandırıldı.