Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar “Parlayan ulduzlar” adlı inklüziv mədəni tədbir keçirildi

31 may 2024 | 09:38
   30.05.2024-cü il tarixdə “Uşaq İnkişaf Mərkəzi”nin təşəbbüsü, Sabunçu Rayon İcra Hakimiyyəti, YAP Sabunçu rayon təşkilatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Mərkəzdə “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar “Parlayan ulduzlar” adlı inklüziv mədəni tədbir keçirildi.
   İlk olaraq tədbir iştirakçıları uşaq və gənclərin hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçirdilər.
   Azərbaycan Respublika­sının Dövlət Himni səsləndirildikdən son­ra tədbir iştirakçıl­arı ölkəmizin azadlı­ğı və ərazi bütövlüyü uğrunda qəhrəmanca­sına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiq­əlik sükutla yad etd­ilər.
   “Uşaq İnkişaf Mərkəzi”nin rəhbəri Aynur Musayeva açılış nitqi ilə çıxış edərək uşaqları “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar təbrik etdi və  xüsusi qayğıya ehtiyacı olan uşaqlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açdı.
   Sabunçu Rayon İcra Hakimiyyəti  başçısının müavini Rəna Vəliyeva, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Pərviz Səfərov, millət vəkilləri Aydın Mirzəzadə və Jalə Əliyeva və Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva çıxış edərək müasir dövrdə uşaq problemlərinin həlli və uşaq hüquqlarının qorunmasının qarşıya qoyulan ən aktual vəzifələrdən biri olduğunu vurğuladılar. Çıxışçılar uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün ölkəmizdə zəruri şəraitin yaradıldığını qeyd edərək onların hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması üçün əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-uşaq siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdilər.
   Tədbir “Uşaq İnkişaf Mərkəzi”nin şagirdlərinin təqdimatında ədəbi-bədii hissə ilə davam etdi.
 
Keçidlər