Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar uşaq yaradıcılıq festivalı keçirildi

01 iyun 2026 | 16:39
01.06.2026-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar uşaq yaradıcılıq festivalı keçirildi.
Tədbirdə müxtəlif yaş qruplarından olan uşaqların hazırladıqları əl işləri və rəsm əsərləri qonaqlara təqdim olundu.
Azərbaycan Respublika­sının Dövlət Himni səsləndirildikdən son­ra tədbir iştirakçıl­arı ölkəmizin azadlı­ğı və ərazi bütövlüyü uğrunda qəhrəmanca­sına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiq­əlik sükutla yad etd­ilər.
Sabunçu Rayon İcra Hakimiyyəti  başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Rəna Vəliyeva çıxış edərək bütün dünyada bu günün qeyd olunmasının uşaqların hüquq və mənafeyinin müdafiəsi, müasir dövrdə uşaq problemlərinin həlli, uşaqlara qarşı zorakılığın qarşısının alınması, onların sağlam və təhlükəsiz mühitdə böyüməsinə diqqəti artırmaq məqsədi daşıdığını vurğuladı. Uşaqların hərtərəfli inkişafı, yüksək qayğı ilə əhatə olunması, keyfiyyətli təhsil alması  və vətənpərvər ruhda böyüməsi üçün ölkəmizdə zəruri şəraitin yaradıldığını qeyd edən R.Vəliyeva onların hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması üçün əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-uşaq siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.
Daha sonra tədbir 4 və 10 nömrəli Uşaq musiqi məktəbləri, 11 saylı İnteqrasiya təlimli internat məktəbinin şagirdləri və Bakı Gənclər Mərkəzində fəaliyyət göstərən dərnəklərin üzvlərinin təqdimatında ədəbi-bədii hissə ilə davam etdi.
Keçidlər