Sabunçu rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə şəhid övladları üçün bayram şənliyi təşkil olundu.
30 may 2023 | 15:33
30.05.2023-cü il tarixdə “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Sabunçu rayon bələdiyyələrinin dəstəyi ilə rayonda fəaliyyət göstərən “Bliss Land” istirahət və əyləncə mərkəzində Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidlərimizin övladları üçün bayram şənliyi təşkil edildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin məsul əməkdaşları, Sabunçu rayon bələdiyyə sədrləri, şəhid ailələri və övladlarının iştirakı ilə keçirilən tədbirdə uşaqlar müxtəlif nağıl qəhrəmanları ilə birlikdə əyləncəli oyunlar oynayaraq xoş zaman keçirdilər.
Tədbirin sonunda uşaqlara Sabunçu rayon bələdiyyələri tərəfindən hədiyyələr təqdim olundu.