Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “1 oktyabr - Beynəlxalq Ahıllar Günü” münasibətilə rayonun ahıl sakinləri ilə görüş keçirildi

01 oktyabr 2026 | 15:16
01.10.2026-cı il tarixdə “1 oktyabr - Beynəlxalq Ahıllar Günü” münasibətilə rayonun ahıl sakinləri ilə görüş keçirildi.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, Sabunçu rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı,
Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən görüşlərdə rayonun ahıl sakinlərinin evlərinə səfərlər təşkil olundu, onların səhhəti, ailə və məişət problemləri diqqətdə saxlanıldı və “1 oktyabr-Beynəlxalq Ahıllar Günü” münasibətilə onlara bayram sovqatı və hədiyyələr təqdim olundu.
Sakinlər ölkədə ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını qeyd edərək Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər